Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı

“Şimal – Cənub” nəqliyyat dəhlizi çərçivəsində Rusiya və Azərbaycan sərhədində Samur çayı üzərindən körpünün tikintisi 2019-cu ildə başa çatacaq.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.

“Avropa bazarlarını asiyalı istehsalçılarla birləşdirəcək, İrandan keçməklə Cənubi Asiya və Yaxın Şərqdən Avropaya yük daşınmalarını xeyli sürətləndirməyə imkan verəcək “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasını perspektivli layihələrdən biri hesab edirik”, - deyə, Putin bildirib.

O xatırladıb ki, bu nəqliyyat arteriyasının ümumi uzunluğu 7 min kilometri ötəcək, bura dəmir yolu, bərə və avtomobil əlaqəsi daxil olacaq.

Bununla yanaşı, “Şimal – Cənub” nəqliyyat dəhlizinin böyük hissəsi Azərbaycan və Rusiya ərazilərindən keçəcək, deyə, rusiyalı dövlət başçısı vurğulayıb.

“Vurğulayım ki, artıq marşrutun ayrı-ayrı sahələri üzrə iş aparılır. Qarşıdakı ildə ölkələrimiz sərhədyanı Samur çayı üzərindən körpünün tikintisini bitirmək niyyətindədirlər”, - deyə, Putin əlavə edib.

Ümumilikdə, Rusiya prezidentinin sözlərinə görə, ikitərəfli iqtisadi əlaqələr kifayət qədər aktiv inkişaf edir. Belə ki, 2017-ci ildə Rusiya və Azərbaycanın ticarət dövriyyəsi 35% - 2,5 mlrd. dollaradək artıb. Azərbaycan bazarında Rusiyanın “Qazprom”, “Transneft”, “Lukoyl” kimi böyük enerji şirkətləri işləyir.

“Ümumiyyətlə, Rusiya və Azərbaycanın enerji sistemləri inteqrasiya olunmuş rejimdə fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir”, - deyən Putin, “KamAZ”, “Qazprombank”ın Azərbaycandakı layihələrini qeyd edib.

Bundan başqa, Rusiya prezidenti qeyd edib ki, kiçik və orta sahibkarlıq xətti üzrə iki ölkənin sahibkarları arasında əlaqələr genişlənir.

Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığından danışan Putin 2018-ci ilin oktyabrında növbəti Rusiya-Azərbaycan regionlararası forumunun baş tutacağını bildirib.

“Onu Gəncə şəhərində keçirmək planlaşdırılırdı, lakin bəlkə bizim dostlarımız onu (tədbiri – red.) Bakıda təşkil edəcəklər”, - deyə, rusiyalı lider əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 074 01.09.18 16:20