Azərbaycanda buzlaqlar sürətlə əriyir - HƏYƏCAN TƏBİLİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Azərbaycanda buzlaqlar sürətlə əriyir - HƏYƏCAN TƏBİLİ

Son 10 ildə respublikanın daxili və transsərhəd çaylarının sululuğunda azalma tendensiyası müşahidə olunur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, buzlaqların sahəsi 2.4 km2 təşkil edib:

“Bununla yanaşı, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub. Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosesinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisində dağ buzlaqları Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir.

O zaman ümumi sahəsi 4,9 km2 olan səkkiz buzlaq müəyyən edilib.1960-cı ildə isə buzlaqların sahəsi 3,2 km2 təşkil edib”.

Asif Verdiyev qeyd edib ki, su ehtiyatlarımızın azalır:

“Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlər görülməlidir. Buzlaqların sahəsinin azalması ilə yanaşı, həm də son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhədinin yüksəkliyə doğru qalxması müşahidə olunmaqdadır.

Respublikanın daxili çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət və çoxillik müqayisələr ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən 103 hidroloji məntəqədə müşahidələr aparılır.

Monitorinqlər zamanı gündə iki dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr olur. Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının, eyni zamanda, transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə edilir”.

Baş hidroloq bildirib ki, analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılıb və həmin dövrdə sululuqda azalma müəyyən olunub:

“Eyni zamanda, Kür çayının yuxarı və aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində çoxillik təhlillər aparılıb. Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı, həm də aşağı hissəsidə suyun səviyyəsində azalma baş verməkdədir.

Bunun əsas səbəblərdən biri də son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda, yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır.

Hal-hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 sm aşağıdır. Respublikanın dağ çaylarında hazırda sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            978 31.08.18 15:50