Azərbaycana 34 ton at əti keçirmək istədilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycana 34 ton at əti keçirmək istədilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.

Bu barədə oxu.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindəndən məlumat daxil olub.

Təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

Qida Təhlükəsizliy Agentliyi bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 284 30.08.18 17:20