Qızını zorlayıb, anasının başını kəsdi - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |    

Qızını zorlayıb, anasının başını kəsdi - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, ötən gün avqustun 29-da Cəlilabad rayonunun Qarazəncir kəndində ana və qızı Əsgərova Firuzə Mahmud qızı və Əsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.

Dəhşətli qətlin qisas zəminində törədildiyi iddia olunur.

Belə ki, ana və qızını qətlə yetirdiyi ehtimal olunan “Cıkma” ləqəbli Yaşarla ailənin mərhum oğlu Oktay Əsgərov arasında əvəllər mübahisə olub və Yaşar onu bıçaqlayaraq yaralayıb.

Yaşar Oktayın şikayəti ilə tutularaq, azadlıqdan məhrum edilib və həbsdən çıxdıqdan sonra Oktayı öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı vaxt Oktay vərəm xəstəliyindən vəfat edib.

Yaşar Bayramov isə qisasını ailəsindən almaq qərarına gəlib. Oktayın anası, 86 yaşlı Firuzə Əsgərovanın evinə gələn Yaşar qadınla mübahisə edib. Daha sonra Firuzənin qızı Sənubər Əsgərovaya təcavüz edən Yaşar sonuncunu yaylıqla boğaraq öldürüb. Evin arxasında F.Əsgərovanın başını kəsib və tövləyə qədər sürüyərək aparıb.

Qeyd olunur ki, “Cıkma” bundan əvvəl iki dəfə azadlıqdan məhrum edilib. 10 il əvvəl öz nənəsinin evindən oğurluq edib və həbs olunub. Daha sonra Oktayı bıçaqladığı üçün tutulub. Bir il əvvəl isə icbari işlə həbsdən buraxılıb.

Firuzə Əsgərova Ağahüseyn Əsgərovun ikinci həyat yoldaşıdır. Onların üç uşağı var. Niyaz 10 il, Oktay bir il əvvəl, 2017-ci ildə vərəmdən vəfat ediblər.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 462 30.08.18 17:03