Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək

Almaniyanın Yenidənqurma və İnkişaf Bankı Gürcüstan ərazisində ilk yeraltı qaz anbarının tikintisi layihəsi üçün sərmayəçilərdən biri olacaq və bunun üçün 150 milyon avro kredit ayıracaq.

Median.Az
“İnterfaks”a istinadla xəbər verir ki, anbarın tikintisinə 2018-ci ildə başlanılması və işlərin 2021-ci ildə, Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstana nəql olunan təbii qazın həcminin xeyli artacağı vaxtda yekunlaşması gözlənilir.

Layihə ölkədə qaz istehlakı və tədarükü arasında mövcud qeyri-tarazlığın aradan qaldırılmasını təmin edəcək və qış aylarının pik dövründə tələbatı ödəyəcək. Layihənin icrası üçün ümumilikdə 250 milyon dollar lazımdır.

Avropa İnvestisiya Bankı bu məqsədlə Gürcüstana 100 milyon dollar kredit ayıracaq. Anbarın ehtimal olunan tutumu 280 milyon kub metrdir ki, bu da Gürcüstanın qaz tələbatının təxminən 15 faizi deməkdir.

Gürcüstan regionda qaz anbarı olmayan yeganə ölkədir. İllik 2,5 milyard kub metr təbii qaz ehtiyacı olan Gürcüstan tamamilə idxaldan asılıdır. Bu ölkəyə təbii qaz idxal edən əsas ölkə Azərbaycandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 993 27.08.18 11:55