Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda mobil telefon biabırçılığı - camaat gecədən səhərədək növbəyə durur - FOTO+VİDEO

21.08.2018 17:43 13 926
Bakıda mobil telefon biabırçılığı - camaat gecədən səhərədək növbəyə durur - FOTO+VİDEO
Dubaydan internetlə mobil telefon sifariş verən soydaşlarımız Azərbaycanda bu cihazları götürərkən sözün həqiqi mənasında minbir əzab-əziyyət çəkirlər.

Bu barədə yeniavaz.com saytına çətinliklə üzləşən, gecə saat 12-dən səhərədək növbə gözləyən vətəndaşlardan biri məlumat verib.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) internetlə Dubaydan sifariş verib gətirilən telefonları götürərkən növbəyə əməl olunmaması, mobil telefon biznesi ilə məşğul olanların rüsum ödəməmək üçün dost-tanışlarını növbəyə salması biabırçı vəziyyət yaradıb.

"Açığı, mən vəziyyətin belə olduğunu bilmirdim, bilsəydim belədir, müraciət etməzdim. Bildiyiniz kimi, qiyməti 1000 dollaradək olan elektronik əşyalar gömrükdən keçirilərkən 36 faiz gömrük rüsumu tutulur. Mobil telefon ticarəti ilə məşğul olanlar bu pulu verməmək üçün əmioğlu, xalaoğlu, bibioğlu, dayıoğlu, qohum-qonşunu yığırlar ora və hərəsinin adına qiyməti 1000 dollaradək olan mobil telefonları rəsmiləşdirirlər.

Növ­bə­ni ya­ra­dan sə­bəblərdən biri budur. İkinci səbəb Dubaydan gətirilən mobil telefonların qeydiyyat məntəqələrinin sayının az olmasıdır. Cəmi 1 yerdir, 2-3 işçi ilə orada nə qədər sürətli iş görmək olar?



Üçüncüsü isə vətəndaşlar tərəfindən nizam-intizama, sıraya əməl olunmamasıdır. Təsəvvür edin, mən sifariş verdiyim telefonu götürə bilmək üçün saat 12-dən səhərədək növbəyə durmuşam. Mənim kimilərinin sayı çox olduğundan başımızı qatmaq üçün səhərədək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin binası qarşısında domino oynamışıq ki, yuxumuz gəlməsin. Özümlə çay-çörək, maşında gözümüzün yuxusunu almaq üçün yorğan da gətirmişdim.



Səhərədək qoymadıq ki, kimsə gəlib növbə cədvəlinə müdaxilə eləsin. Hansısa alverçi gəlib siyahıya 10 nəfərin, 15 nəfərin adını yaza bilmədi.

Səhər açılandan sonra vətəndaşları on-on buraxdılar içəri. 1 saat ərzində ən yaxşı halda 10 nəfəri yola salırdılar".



Şikayətçi problemlə əlaqədar dünən Dövlət Gömrük Komitəsinin rəhbərliyinə də bununla əlaqədar məktub yazdığını bildirib: "Bu gün cavab gəldi ki, müraciətiniz qeydə alınıb. İnanaq ki, məsələ tezliklə həllini tapacaq, yoxsa belə biabırçılıq olmaz".

Son xəbərlər