“Blokda görüb, dalınca düşdüm” – İçkili halda qadına hücum edən şəxs – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Blokda görüb, dalınca düşdüm” – İçkili halda qadına hücum edən şəxs – VİDEO

Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib.

ARB TV xəbər verir ki, hadisə Rüstəmov küçəsi, 34 saylı binanın qarşısında baş verib.

Naməlum şəxs qadına hücum edərək ona xəsarət yetirib, içərisində 20 manat olan pul kisəsini götürüb və hadisə yerindən qaçıb. Zərərçəkənin ifadəsi alınandan dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Əməliyyat tədbirləri ilə quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Köşbəyi Muradov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Köşbəyi Muradov – Saxlanılan şəxs: “İçkili idim. Gördüm blokda, düşdüm dalınca. "Kaşlyok"unu götürdüm çıxdım getdim”.

Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            903 21.08.18 12:35