Ölkə əhalisinin 13 faizi pensiyadadır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ölkə əhalisinin 13 faizi pensiyadadır

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər üzrə xərcləri artıb.

Dövlət Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 792,8 milyon manat vəsait yönəldilib. Maliyyənin 97,9 faizini pensiya xərcləri təşkil edib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur.

Hazırda ölkədə 1 mln. 311 min nəfər (əhalinin sayı 9 mln. 936 min nəfərdir. Bu da 13,4 faizin pensiyaçı olması deməkdir) pensiya, eləcə də, 409,3 min nəfər sosial müavinət alır.

Qeyd edək ki, bu il ölkə üzrə pensiyaların orta məbləği 219,2 manata yüksəlib. Belə ki, ötən ilin müvafiq dövründə pensiyaların orta məbləği 202,2 manat təşkil edirdi. Beləliklə, cari il üzrə artım 8,4 faiz olub.

Statistika göstərir ki, 2018-ci il üzrə pensiyaların orta aylıq əməkhaqqına nisbəti də artıb. Əgər 2017-ci ilin yanvar-iyun aylarında pensiyaların məbləği orta aylıq əməkhaqqının 38,7 faizinə bərabər idisə, hazırda bu rəqəm 39,6 faiz təşkil edir.

Xatırladaq ki, pensiyaların maliyyələşdirilməsinə 2018-ci ildə daxili məhsulun 4,9%-i sərf edilməsi nəzərdə tutulub. Həmin göstərici 2010-cu ildə 3,9%, 2011-ci ildə 3,9%, 2012-ci ildə 4,3%, 2013-cü ildə 3,7%, 2014-cü ildə 4,6%, 2015-ci ildə 5,1%, 2016-cı ildə isə 5,0% təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 082 16.08.18 15:39