Yol polisindən AÇIQLAMA - "1 MANATLIQ" TAKSİLƏRLƏ BAĞLI » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |    

Yol polisindən AÇIQLAMA - "1 MANATLIQ" TAKSİLƏRLƏ BAĞLI


Yolunuz azı bir dəfə Xırdalan, Masazır, Sumqayıt və Hövsana düşübsə, el arasında “1 manatlıq” adlanan taksilərlə mütləq qarşılaşmısınız deməkdir.


Daha çox metronun 20 Yanvar və 28 May stansiyalarının yaxınlığında yerləşən bu taksilər qeyd olunan istiqamətlər üzrə sərnişin daşıyırlar. Məsələni problemə çevirən məqam isə istənilən şəxsin bu xidməti həyata keçirə bilməsidir.

Median.Az bildirir ki, qeyd olunan məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakışəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanlar yalnız Bakı Nəqliyyat Agentliyinin yaratdığı şərait üzrə hərəkət etməlidir:

“Yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin sürücüsü hər hansı bir xətaya yol verirsə, yol polisi tərəfindən protokol tərtib edilir, edilmiş protokol əsasında sürücü cərimələnir. Beləliklə, xətaların qarşısı alınır. Eyni zamanda, təbliğat işləri aparılır, Kütləvi İnformasiya Vasitələrində məlumat yayılır. Kimsə qeyri-qanuni 1-2 manatlıq taksi xidməti ilə məşğul olursa, yaxşı hal deyil. Taksi fəaliyyəti ilə məşğul olanlar yalnız Bakı Nəqliyyat Agentliyinin yaratdığı şərait üzrə hərəkət etməli, sərnişindaşıma ilə məşğul olmalıdır. 1-2 manatlıq taksilər Yol hərəkəti haqqında Qanunun tələbini pozursa, bu, yol polisi tərəfindən aşkarlanır və inzibati məsuliyyətə cəlb edilir. Bu gün Bakı şəhəri üzrə müsbət göstəricilər bu ifadəni söyləməyə əsas verir. Ən azından yol polisinin məqsədli və davamlı keçirdiyi tədbirlər yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasına birbaşa təsir göstərir. Əvvəllər metronun Əzizbəyov stansiyasında da bu kimi hallara rast gəlinirdi. Müəyyən tədbirlər görüldükdən sonra onun qarşısı alındı”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 161 16.08.18 15:32