Bakıda və regionlarda oğurluğa görə 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda və regionlarda oğurluğa görə 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 11-də L.Musayevanın mobil telefonunu oğurlayan Yevlax rayon sakini Nicat Hüseynovu saxlayıblar.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları iyulun 24-də rayon ərazisindəki 2 avtomobildən mobil telefonlar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hüseynovu saxlayıblar, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən idman zallarının birindən 3 vətəndaşa məxsus mobil telefonları oğurlayan Bakı şəhər sakini İlkin Quliyev saxlanılıb, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 14-dən avqustun 12-dək olan müddətdə, 9 nəfərin velosipedlərini oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb, Şamaxı RPŞ-nin əməkdaşları iyulun 26-da evlərin birindən 900 metr elektrik naqili oğurlayan yeniyetməni saxlayıblar, Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 12-də rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl əşyalar oğurlayan rayon sakini Nuruş Əmənov və Salyan rayon sakini Murad Ələkbərov saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 324 14.08.18 18:07