23:02 Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər daha 6 ay uzadılıb  |     22:46 NATO əməkdaşlarının “TikTok” yükləməsi qadağan edilib  |     22:35 Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq  |     22:27 Estoniya Rusiya-NATO təsis aktına xitam verməyi təklif edir  |     22:01 İsrail SEPAH zabitini məhv etdi  |     21:56 Bakıda köşk yanıb  |     21:48 Aprelin 3-nə USD/AZN rəsmi məzənnəsi  |     21:40 Apreldə hava necə olacaq? - Aylıq proqnoz  |     21:34 TAP vasitəsilə bu il İtaliyaya nəql olunan qazın həcmi açıqlanıb  |     21:25 Ukraynalılara 2024-cü il Olimpiadası üçün seçimdə ruslarla birlikdə iştirak qadağan ediləcək  |     21:18 "Turan Tovuz"un baş məşqçisi: "Üzücü məğlubiyyət oldu"  |     21:14 "Toyota Prius"la Dərnəgüldən oğurladığı malları “Evrohome”da satdı  |     21:05 Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY  |     21:05 Polis Akademiyasında soyqırımı qurbanları anılıb - VİDEO  |     21:00 Ermənistan parlamentində dava-dalaş salan deputat saxlanılıb  |     20:52 Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür”  |     20:47 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     20:39 Bərdədə qanunsuz şumlama işləri aparılıb, ağac və kol bitkiləri məhv edilib  |     20:35 Roma Papası sabah hospitaldan evə buraxılacaq  |     20:26 Rusiya estoniyalı diplomatı arzuolunmaz şəxs elan edib  |    
Bakıda və regionlarda oğurluğa görə 12 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avqustun 10-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 1800 manat pul oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Cabbarov saxlanılıb. Araşdırma zamanı, onun həmin gün daha bir evdən qızıl əşyalar oğurlaması müəyyən edilib.

Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən avqustun 10-da Türkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Z.Zamanovun mobil telefonunu oğurlayan paytaxt sakini Səyyar İbrahimov saxlanılıb, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları, iyulun 28-də “Ford-Transit” markalı avtomobildən 700 manat, sənəd və bankomat kartları oğurlayan Bakı şəhər sakini Kənan Cavadovu saxlayıblar, Nərimanov RPİ 17-ci polis şöbəsi və Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub, kassadakı 1000 manat pulu aparan qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılıb, Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları avqustun 11-də bazarda Bakı şəhər sakini E.Mustafayevanın mobil telefonu oğurlayan, əvvəllər məhkum olunmuş İsa Əliyevi saxlayıblar.

Cəlilabad RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində, avqustun 6-da Şabanlı kəndindəki evlərdən birinin həyətindən 1 baş inək və 4 baş qoyun oğurlayan rayon sakinləri Aqil Əsgərov, Taciəddin İbiyev və İlkin Məmmədov saxlanılıblar, Ağstafa RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 10-da şirniyyat sexindən 300 manat pul oğurlayan oranın işçisi Asim Rzayevi saxlayıblar, Göygöl RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 3-də fermaların birindən 10 baş inək və 1 at oğurlayan Goranboy rayon sakini, əvvəllər məhkum olunan Qalib Qurbanovu saxlayıblar. Araşdırma zamanı, cinayətdə iştirak etmiş daha 2 nəfərin şəxsiyyətləri müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə onların Yevlax, Tərtər, və Bərdə rayonları ərazisində, ayrı-ayrı vətəndaşlara məxsus həyətyanı sahələrdən 11 baş inək və 43 baş qoyun oğurlamaları aydınlaşdırılıb.

Masallı RPŞ-nin əməkdaşları avqustun 8-də rayon ərazisindəki fermadan 10 baş inək oğurlayan qrupun digər üzvləri - Masallı şəhər sakinləri Namiq Rəhimovu və Məhəmmədəjan Tağıyevi saxlayıblar. N.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərlə birlikdə avqustun 8-də rayon ərazisindəki süni göllərin birindən 20.000 ədəd zəli, habelə 2 rayon sakininə məxsus 2 baş inəyi oğurlamaları müəyyən edilib.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 542 13.08.18 19:03