"Hamımızın ana-bacısı var, ..." - Bakıda oğlanı qızla bu hərəkətinə görə öldürdülər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

"Hamımızın ana-bacısı var, ..." - Bakıda oğlanı qızla bu hərəkətinə görə öldürdülər

Aralarında yaranmş mübahisədən sonra tanışını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Median.Az
"Musavat.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkmə iclası başlayıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.

Qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

İlkin məlumata görə, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb.

O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            10 764 09.08.18 17:55