"Köhnə Bakı"da müştərini öldürən ofisiantın məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |    

"Köhnə Bakı"da müştərini öldürən ofisiantın məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzağa Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 20-də Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, Çingiz Qədirliyə (1999-cu il təv.) bıçaqla ağır xəsarətlər yetirib. Respublika Klinik Xəstəxanasına çatdırılan gənc orada kəskin qanitirmədən dünyasını dəyişib. Onun öldüyünü eşidən yaxınları xəstəxanaya gələrək, mühafizəçiyə xəsarətlər yetiriblər, xəstəxananın qapılarını və şüşələrini sındırıblar. Çağırış əsasında hadisə yerinə Yasamal RPİ Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunaraq, asayişi bərpa ediblər.

Cinayəti törədən M. Məmmədov həmin axşam Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli saxlanılıb və istintaqa təqdim olunub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

İş üzrə baxış avqustun 8-nə təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 714 01.08.18 14:59