23:02 Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər daha 6 ay uzadılıb  |     22:46 NATO əməkdaşlarının “TikTok” yükləməsi qadağan edilib  |     22:35 Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq  |     22:27 Estoniya Rusiya-NATO təsis aktına xitam verməyi təklif edir  |     22:01 İsrail SEPAH zabitini məhv etdi  |     21:56 Bakıda köşk yanıb  |     21:48 Aprelin 3-nə USD/AZN rəsmi məzənnəsi  |     21:40 Apreldə hava necə olacaq? - Aylıq proqnoz  |     21:34 TAP vasitəsilə bu il İtaliyaya nəql olunan qazın həcmi açıqlanıb  |     21:25 Ukraynalılara 2024-cü il Olimpiadası üçün seçimdə ruslarla birlikdə iştirak qadağan ediləcək  |     21:18 "Turan Tovuz"un baş məşqçisi: "Üzücü məğlubiyyət oldu"  |     21:14 "Toyota Prius"la Dərnəgüldən oğurladığı malları “Evrohome”da satdı  |     21:05 Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY  |     21:05 Polis Akademiyasında soyqırımı qurbanları anılıb - VİDEO  |     21:00 Ermənistan parlamentində dava-dalaş salan deputat saxlanılıb  |     20:52 Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür”  |     20:47 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     20:39 Bərdədə qanunsuz şumlama işləri aparılıb, ağac və kol bitkiləri məhv edilib  |     20:35 Roma Papası sabah hospitaldan evə buraxılacaq  |     20:26 Rusiya estoniyalı diplomatı arzuolunmaz şəxs elan edib  |    
Rəfiqəsini balta ilə hissələrə doğrayan qadın özünü qismən təqsirli bilib - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, bu il fevralın 16-ı səhər saat 9 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.

Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama münasibətini bildirən İ.Qorlova özünü qismən təqsirli bilib. Sərbəst ifadəsi zamanı o, Lyubov Rəhimovanı tamah məqsədi ilə qətlə yetirmədiyini qeyd edib. Aralarında şəxsi münasibətlər zəmnində mübahisə düşdüyündən balta ilə rəfiqəsinə bir neçə zərbə endirib, meyitin hissələrini şəhərin digər rayonunda ona görə tullayıb ki, izi itirsin.

Növbəti proses avqustin 13-nə təyin edilib.





скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 366 30.07.18 16:24