21:50 DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır  |     21:43 Çaydan çox istifadə bu problemlərə SƏBƏB OLUR  |     21:40 Yatmazdan əvvəl telefonda interneti MÜTLƏQ BAĞLAYIN – SƏBƏB  |     21:29 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib  |     21:23 İran Liviyada səfirlik aça bilər  |     21:19 Luvr muzeyi fəaliyyətini dayandırıb  |     21:07 Qubada qanunsuz kömür quyusu aşkar edilib  |     20:55 Elektriklə balıq ovlayanlar saxlanılıb  |     20:49 Sumqayıtda 13 yaşlı oğlan itib  |     20:43 Ulduz falı: 28 mart, 2023-cü il  |     20:34 Martın 28-nə olan hava proqnozu  |     20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 İstehlaka yararsız qida məhsulları məhv edilib  |     20:14 Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib  |     20:08 Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək  |     20:00 İsveç - Azərbaycan: Hava şəraitinə görə stadionun dam örtüyü bağlanıb  |     19:42 Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək  |     19:39 Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb  |     19:31 Bakıda istifadə müddəti bitmiş konservləşdirilmiş məhsullar məhv edilib  |     19:26 Bakı sakininin bank hesabından pul oğurlanıb  |    
Sabaha olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

İyulun 31-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq və şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətliliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 125 30.07.18 13:40