Yaponlar Azərbaycanda neolit erasına aid təbəqələr aşkar etdilər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Yaponlar Azərbaycanda neolit erasına aid təbəqələr aşkar etdilər - FOTO

Yaponiyanın Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin başçılığı ilə Qədim Şərq Muzeyinin, Yaponiya Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universitetinin və digər elmi mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr üzrə mütəxəssisləri Qazax rayonu ərazisində tədqiqatlar aparıblar.

Median.Az
bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasına istinadla məlumat yayıb.

Məlumata görə, tədqiqatlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində aparılıb.

Tədqiqatlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da cəlb edilib. Aparılan tədqiqatlar nəticəsində ərazidə orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri aşkar olunub.

Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb.

Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkarlanması Azərbaycan ərazisində neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir.

Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycanda ilk qədim daş dövrünə aid abidə – Damcılı mağarası 65 il əvvəl aşkarlanıb. 1956-1957-ci illərdə burada aparılan tədqiqatlar zamanı orta paleolit (Mustye mədəniyyəti), üst paleolit, mezolit, neolit və orta əsrlərə aid zəngin materiallar aşkar olunub.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 993 27.07.18 16:11