Maştağada xəyanətə görə gəlinini güllələyən şəxs 12 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Maştağada xəyanətə görə gəlinini güllələyən şəxs 12 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədova qətlə yetirib. Hadisəni törədəndən sonra o könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi aşkar edilib.

İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və nigahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və
Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

Məhkəmənin hökmü ilə S.Məmmədov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin olunmasını xahiş edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 971 25.07.18 14:11