İlin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin – SİYAHISI » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |    

İlin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin – SİYAHISI

FIFA ilin ən yaxşı futbolçusu və məşqçisi tituluna namizədlərin adlarını açıqlayıb.

Median.Az
FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 10 oyunçunun adının daxil edildiyi siyahıda braziliyalı Neymarın adı olmayıb.

Bunlar Kriştianu Ronaldu (“Yuventus” İtaliya), Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Antuan Qrizman (“Atletiko”, İspaniya), Eden Azar (“Çelsi”, İngiltərə), Hari Keyn (“Totenhem”, İngiltərə), Kilian Mbape (PSJ, Fransa), Lionel Messi (“Barselona”, İspaniya), Luka Modriç (“Real”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Varandır (“Real”, İspaniya).

Məşqçilərin siyahısında isə 11 nəfərin adı yer alıb. Bunlar italiyalı Massimiliano Alleqri (“Yuventus”, İtaliya), xorvatiyalı Zlatko Daliç (Xorvatiya milli komandası), fransalı Didye Deşam (Fransa milli komandası), ispaniyalı Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), almaniyalı Yürqen Klop (“Liverpul”, İngiltərə), ispaniyalı Roberto Martines (Belçika milli komandası), argentinalı Dieqo Simeone (“Atletiko”, İspaniya), ingiltərəli Qaret Sautqeyt (İngiltərə milli komandası), ispaniyalı Ernesto Valverde (“Barselona”, İspaniya), rusiyalı Stanislav Çerçesov (Rusiya milli komandası) və fransalı Zinəddin Zidandır (“Real”ın sabiq baş məşqçisi, İspaniya).

Qeyd edək ki, qaliblərə mükafatlar sentyabrın 24-də Londonda təqdim olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 771 25.07.18 11:39