Yanacaq doldurma məntəqəsinə basqın edən şəxslərin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yanacaq doldurma məntəqəsinə basqın edən şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayevin CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, daha sonra zərərçəkmiş Mehman Cabbarov ifadə verib. Onun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər : "Pul tələb etdilər, mən də qorxduğum üçün onlara 552 manat pul verdim. Sonra otağdan çıxıb, qaçdılar. Dəymiş ziyan ödənilib. Şikayətim və tələbim yoxdur".

Təqsirləndirilən N.Mustafayev qeyd edib ki, pula ehtiyacları olduğu üçün bu cinayəti törədiblər : "Məntəqəyə basqın etməyi Sərxan təklif etdi. Həmin pula kirayə haqqını ödəmişəm. Hazırda atam da həbsdədir. Əməlimdən peşmanam".

Növbəti iclas iyulun 24-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 229 20.07.18 15:46