Bakıda dəhşətli cinayət — Qız atasını baltaladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |    

Bakıda dəhşətli cinayət — Qız atasını baltaladı

Atasının başından balta ilə vuraraq öldürməyə cəhd edən qız məhkəmə qarşısına çıxarılacaq.

Median.Az
"ölkə.az”a istinadən xəbər verir ki, Aliya Həbibovanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.

İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxakinin başından balta ilə vurub.

Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 287 20.07.18 14:01