Qıza qarşı seksual hərəkətlər edib, ona hədə-qorxu gələn dostların işini Ali Məhkəmə araşdıracaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Qıza qarşı seksual hərəkətlər edib, ona hədə-qorxu gələn dostların işini Ali Məhkəmə araşdıracaq

Ali Məhkəmədə Leysan Qocayev (1995-ci il təv.) və Orxan Əlizadənin (1996-cı il təv.) CM-nin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmalarına dair kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan qızı başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı qərara alıb. Bu məqsədlə o, sevgilisinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, dostu Orxan Əlizadə ilə qabaqcadan əlbir olaraq barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan pul tələb edib. Leysan qıza zəng edərək. onu anası ilə tanış etmək bəhanəsi ilə özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə Orxan da öz evdiyi qızla gəlib. Leysan qızı yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, sonuncu bundan imtina etdikdə onu döyüb və ona qarşı seksual xarakterli hərəkətlər edib. Orxan bunu telefonla çəkməyə başlayıb. Hadisədən sonra Orxan qıza zəng edərək, onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib.
Bundan xəbər tutan qızın ailəsi polisə müraciət edib. Bir neçə gün sonra isə qız Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini bildirib. Zərərçəkmiş cəmi 200 manat gətirdiyini deyib. Bu zaman Мingəçevir şəhər Polis Şöbəsinin (ŞPİ) əməkdaşları hər iki şəxsi saxlayıblar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Qocayev 6, O.Əlizadə isə yalnız hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən dövlət ittihamçısı protest, zərərçəkmiş isə apellyasiya şikayəti verib.

Şəki Apellyasiya Məhkəməsi protesti və şikayəti təmin edib, qərara əsasən hər iki şəxsin cəzası ağırlaşıdırlıb. Belə ki, L.Qocayevə 8. O.Əlizaədəyə isə 7 il azadlqıdan məhrumetmə cəzları təyin edilib.

Apellyasiya qərarından narazı qalan məhkumlar Ali Məhkəməyə kassasiya şikayətləri veriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 696 17.07.18 12:31