Nənədən 4 yaşlı nəvəsinə qarşı dəhşətli əməl: gəlin isə bunun yerinə qayınanasını... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Nənədən 4 yaşlı nəvəsinə qarşı dəhşətli əməl: gəlin isə bunun yerinə qayınanasını...

Cəlilabadın Üçtəpə kənd sakini 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızının həyat yoldaşı 1945-ci il təvəllüdlü Telman Feyziyev və 1984-cü il təvəllüdlü Elnurə Fərziyeva tərəfindən döyüldüyünə dair yayılan xəbərin təfərrüatları bəlli olub.

Telman Fərziyevin publika.az-a verdiyi məlumata görə, 1993-cü ildən ailə qurduğu Səmiya Feyziyeva 6 aydan çox Ruhi Əsəb Dispanserində müalicə alıb:

"Bu, mənim ikinci ailəmdi. Ayın 2-i mən naxırda növbədə olan vaxtı bu qadın evdə gəlinlə mübahisə edib. Arvad götürüb quyudan su çəkib, 4 yaşlı körpənin üstünə töküb ki, boğulsun ölsün. Gəlin usağı götürmək istəyəndə çaydandan uşağın üstünə qaynar su töküb yandırıb. Səslərinə qonşular gəlib, ayıra bilməyiblər. Gəlin də onu həyətdə döyüb, bir-birinin saçının yolublar. Bu adam xəstədir. 6 aydan çox dispanserində müalicə alıb. Ailəmi dağıtdı, uşaqlarımı evdən qaçırdı. Hər gün bir hadisə ilə gedib məndən polisə şikayət edir. Guya mən onu döyürəm. Neçə dəfə özünü asmaq istəyib, ipdən almışam. Uşaqlara evdə göz verib, işıq vermir. Polisdə də izahat yazmışam. Polis məsələni araşdırır. Daha bezmişəm. Apardım xəstəxanaya, həkimlər yardım göstərdi. Yenə də söz-söhbəti bitmir”.

Üçtəpə kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"O gün gəlin ilə qayınana arasında mübahisə düşüb. Kişi evdə olmayıb. Deyəsən qayınana uşağı döyüb, gəlinə söyüşlər söyüb. Gəlin də təhqirlərə dözməyib, onu döyüb. Arvad bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. 4 yaş yarımlıq uşaq da yaxşı vəziyyətdə deyil. Anadangəlmə qüsurla doğulduğu üçün hərəkət edə bilmir. Bundan 5-6 ay əvvəl də onların ailəsində münqaişə baş vermişdi. Qadın həyat yoldaşından xəbərsiz kişinin pul kartını öz qardaşına vermişdi, aralarında söz-söhbət yaranmışdı. Kənd ağsaqqalları yığışıb barışdırdı. Kənddə hamı onların ailəsini mübahisəli ailə kimi tanıyır".

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qadın ayın 2-si xəstəxanaya gətirilib: "Feyziyeva Səmiya Əzizağa qızı ayın 2-si ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Bədənin çoxsaylı travmatik zədələri diaqnozu qoyulub. İlkin ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 890 05.07.18 16:18