Azərbaycanda hərbi hissələrdə xüsusi rejim tətbiq olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |    

Azərbaycanda hərbi hissələrdə xüsusi rejim tətbiq olundu

Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.

Müdafiə Nazirliyindən bildiriblər. Verilən məlumata görə. görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.

İstilik və günvurmanın profilaktikası, şəxsi heyətin su təchizatının nizamlanması üzrə kompleks tədbirlər görülür. Döyüş hazırlığı məşğələləri səhər saat 11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta vaxtı istirahət verilir.

Hərbi hissələrin ərazilərində, döyüş mövqelərində və təlim yerlərində şəxsi heyətin birbaşa günəş şüasından qorunması üçün kölgəliklər və duş yerləri hazırlanıb. Bütün hərbi qulluqçular daim qablaşdırılmış içməli su ilə təmin olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 406 28.06.18 12:50