Sumqayıtda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb » Median.Az News Agency


Sumqayıtda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb
İyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda üzərində zorakılıq əlamətləri olan Neftçala rayon sakini Emil Nuriyevin meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          555 13.06.18 13:54