Bakının Yasamal rayonundakı “Kids Studio” bağçasında uşaqlara işgəncə verilməsi faktları ilə bağlı cinayət işi başlanıb.
Yayılan videofaktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırmaya başlayıb.
Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
Bağçanın tərbiyəçisi Füruzə Tağıyeva istintaqa cəlb edilib.