Azərbaycanda həkim xəstənin başına oyun açdı… – Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Azərbaycanda həkim xəstənin başına oyun açdı… – Video

Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində həkim qurbanı olan ailədən bəhs edilib.

Verilişə müraciət edən Müşfiq adlı şəxs 2 il əvvəl başına gələn qorxunc hadisədən danışıb.

Onun iddiasına görə, 2 il əvvəl Sabirabad rayonunda Günay Xəlilova adlı həkim həyat yoldaşını qeysəriyyə əməliyyatı edib. Bu zaman xəstənin qarnında tibb mütəxəssisinin işlətdiyi iynə qalıb. Bu illər ərzində xəstədə qeyri-müəyyən xəstəliklər ortaya çıxmağa başlayıb. Müalicələr getsə də xəstədə irəliləyiş olmayıb.

Bir gün rentgen zamanı məlum olub ki, xəstənin qarnında yad cism var. Əməliyyatdan sonra iynə xəstənin qarnından çıxarılıb. Bəlli olub ki, iynə 2 il əvvəl xəstənin qarnında qalıb. Daha sonra Müşfiqlə həkim arasında qalmaqal başlayıb.

Ekspertiza da rəy verərək Müşfiqin haqlı olduğunu qeyd edib. İşə hazırda prokurorluq baxır.

Qeyd edək ki, adı çəkilən həkim Milli Məclisin deputatı Mirzəcan Xəlilovun qızıdır.//minval.infoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 624 08.06.18 18:27