Yasamalda biabırçılıq: Bakı məktəblisi elə video yaydı ki... - FOTO,VİDEO
Bakı məktəblisi Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 104 ünvanında yaşayan sakinlərin problemini ictimailəşdirmək məqsədilə küçədəki bərbad vəziyyətin görüntülərini mətbuata ötürüb.
Median.Az xəbər verir ki, yaxınlıqda yaşayan sakinlərin femida.az-a bildirdiklərinə görə, ərazidə zibil qutularının məktəblilərin yolunun üzərində yerləşdirilməsi və kanalizasiya xəttlərinin bərbad vəziyyətdə olmasıdır.
Ərazidən keçən məktəblilər narazılıqlarını mətbuat vasitəsi ilə aidiyyatı qurumlara çatdırıblar.