Azərbaycanda şok olay – ölü dirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin görüşü keçiriləcək  |     13:12 Xaçmazda xalasının evindən oğurluq edən şəxs TUTULDU  |     13:03 Bakı-Sumqayıt yolunda “yüz manat” yağışı: Maşından küçələrə pul səpən şəxs TUTULDU  |     12:35 Filarmoniya gecə klubuna çevrilib? - VİDEO  |     12:24 Bakıda keçmiş məhkum oğurladığı maşını qardaşına hədiyyə etdi  |     12:05 Tovuzda qadından doğuşa görə 600 manat tələb edilib?  |     11:52 Polis Ermənistan parlamentinin keçmiş sədr müavinini saxlayıb  |     11:46 Bakıda ağır qəza: Altı avtomobil bir-birinə çırpıldı  |     11:31 İsveç və Finlandiya bu gün NATO-ya üzvlük ərizəsini təqdim edəcəklər  |     22:33 Mərkəzi Bankın rəhbərliyi ötən il 1 mln manatdan çox maaş alıb - RƏSMİ  |     22:32 DİN-dən “Rəisim” mahnısına REAKSİYA  |     22:27 Zelenski Makronla müzakirə etdiyi məsələləri açıqladı  |     22:01 Bakıda taksi sürücüsü ilə sərnişin xanım mübahisə edib - VİDEO  |     21:44 İranda zəlzələ baş verdi  |     21:31 Keçmiş MTN əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib  |     21:30 Goranboyda qəza olub, xəsarət alanlar var  |     20:59 Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb  |     20:32 Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı  |     20:08 Azərbaycanda son sutkada 7 nəfər COVID-19-a yoluxub, ölən olmayıb – FOTO  |     19:43 Azərbaycan Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək  |    

Azərbaycanda şok olay – ölü dirildi
Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb.

Median.Az
"moderator.az” saytına istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırıb yerdə uzadıblar. Xəstəni təkrar müayinə edən həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Beləliklə, Bərdəyə həmin şəxsin ölüm xəbəri verilib və "cənazə"ni təcili yardım maşını ilə rayona aparıblar. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Amma xoşbəxtlikdən bu zaman kimsənin ağlına gəlməyən bir olay baş verib. Yolda silkələnmədən və ya hansısa naməlum səbəbdən "meyit" dirilib və "məni hara aparırsınız" sualı verərək hamını şoka salıb.

Beləliklə, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər - kardioloq və nevropatoloq onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, xəstənin adı-soyadı və olayın paytaxtın hansı xəstəxanasında yaşandığı barədə "moderator.az”da dəqiq məlumat var. Amma hələ ki, bu barədə ətraflı məlumat verilməsini məqsədəuyğun hesab etmirik. Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya verəcək və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumatlar verəcəyik.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 327 08.06.18 16:45