Bakıda 70 min dollarlıq oğurluq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:06 Suriyada kimsəsiz qalan azərbaycanlı bacı-qardaşın yaxınları AXTARILIR - VİDEO  |     16:35 Rusiya Finlandiyanı səfirlik əməkdaşları ilə TƏHDİD ETDİ  |     13:30 Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli görüşü olacaq  |     13:25 Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO  |     12:55 İrəvanda polislə müxaliflər arasında toqquşma: Koçaryanın oğlu saxlanıldı - VİDEO  |     12:33 Bakıda dəhşətli cinayətin üstü açıldı  |     12:29 Bakının mərkəzində “Prius” səfirliyin maşını ilə toqquşdu - VİDEO  |     12:24 12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? - Müdafiə Nazirliyi AÇIQLADI  |     12:21 Avropada buğdanın qiyməti rekord qırdı  |     12:06 Parlament növbədənkənar sessiyaya hazırlaşır  |     11:49 Bakıda yeni beynəlxalq turnir keçirilib  |     23:49 Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”  |     23:44 Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb  |     23:39 Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər  |     23:33 Azərbaycanda 28 sığorta agentinin lisenziyası bərpa edilib  |     23:27 Ukraynalılar Slovakiyada təlim keçir  |     23:22 Fransa yığmasının sabiq futbolçusu azadlıqdan məhrum edilib  |     23:15 Abşeronda mənzildə kişi meyiti aşkarlanıb  |     23:09 Politoloq: "Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar"  |     23:03 Viktor Orban yenidən Macarıstanın Baş naziri olub  |    

Bakıda 70 min dollarlıq oğurluq - FOTO
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Nazmzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.

Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbriləri və istintaq hərəkətləri davam etdirilir.




скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 082 08.06.18 13:47