Məhkəmə “Pokrov Məhərrəm”lə bağlı qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Məhkəmə “Pokrov Məhərrəm”lə bağlı qərar verdi

Moskva məhkəməsi şəhərin mərkəzindəki “Food City” ticarət mərkəzində iri tərəvəz bazasının sahibi Azərbaycanın Şəmkir rayonunun Çinarlı kənd sakini Quliyev Məhərrəm Novruz oğlunu (Pokrov Məhərrəm) azadlığa buraxıb.

Median.Az
“Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bununla bağlı Quliyevin Rusiyada yaşayan qohumları məlumat verib.

Xatırladaq ki, “Pokrov Məhərrəm” ləqəbi ilə tanınan biznesmen martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Bundan əvvəl Quliyev Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib idi. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb. Quliyevi “qanuni oğru” Mirseymur Abdullayev himayə edirdi. 2003-cü ildə onun qətlindən sonra bütün səlahiyyətlər Rövşən Lənkəranskiyə keçib. Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnib.

Pokrovka bazası bağlandıqdan sonra azərbaycanlı “Food City” ticarət mərkəzinə köçüb.

Quliyevin müxtəlif şəxslərə 13 milyon dollardan çox borcu olub. Bu pullar onun hələ Pokrovka bazasında işlədiyi zamandan yığılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 588 08.06.18 12:57