Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

İrandan qaçan sevgililəri nə gözləyir? - AÇIQLAMA

06.06.2018 12:24 7 264
İrandan qaçan sevgililəri nə gözləyir? - AÇIQLAMA
Qaçaq yollarla Türkiyəyə gedən iki nəfər iranlı gəncin miqrasiya polisi tərəfindən tutularaq İrana deportasiya olunması hər iki ölkədə qalmaqala səbəb olub.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, gənclər İrana geri dönmək istəməyərək polisə yalan ifadə veriblər. Gənclərdən biri (oğlan) bildirib ki, onun bədənində döymələr olduğuna görə İranda onun qolunu kəsəcəklər. Digər gənc (qız) isə saçını boyadığına görə ölkəsində edam ediləcəyini vurğulayıb. Bu məlumat Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və hər iki ölkədə birmənalı qarşılanmayıb.

Doğurdanmı İranda saçını boyayanlar və bədənində döyməsi olanlar cəzalandırılır?

Median.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün AZƏRTAC İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, İranın istər cinayət, istərsə də mülki prosessual məcəllələrində saç boyamaq və bədənə döymə etmək üçün cəza kəsilməsi nəzərdə tutulmayıb.

Hətta dini qaydalara görə də hər iki hal haram hesab edilmir. İran İslam respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin döymə ilə əlaqədar fitvası da var.

Bu fitvada deyilir ki, döymə insan dərisinin altında baş verən və insanın həyat fəaliyyətini tənzimləyən bioloji proseslərə yəni qan dövranına maneə törətmədiyi üçün haram sayılmır.

“Bundan başqa İranda saçını boyayan və bədənində döyməsi olan kifayət qədər insan var. Bu insanlar sənət və idman aləminin tanınmış simalarıdır. Onlar İranda hər zaman ictimaiyyət qarşısında olurlar və saçlarının boyasını eləcədə döymələrini çəkinmədən nümayiş etdirirlər. Buna görə onlara heç bir irad tutulmur.

Sözügedən gənclərə gəldikdə isə qeyd etmək lazımdır ki, qanunsuz yollarla qonşu ölkəyə gedənlər öz əməllərini gizlətmək üçün belə yalan ifadə veriblər.

Nəzərə çatdıraq ki, Türkiyədə sosial şəbəkələrdə bu gəncləri geri qaytarmağa çalışan miqrasiya polisi tənqid edilirdi. Şəbəkə istifadəçiləri gənclərin edam ediləcəyi təqdirdə onların geri qaytarılmasını qeyri insani hesab edərək polisdən tələb edirdilər ki, gənclər Türkiyədə qalsın. Əvvəla dövlətin qanunlarını şəbəkə istifadəçilərinin istəyi ilə pozmaq olmaz. Digər tərəfdən isə gənclər yalan məlumat veriblər. İranda heç kim saç boyamağa və döymə etməyə görə nəinki edam edilmir, ümumiyyətlə cəzalandırılmır”, - nazirlikdən bildirilib.

Son xəbərlər