Ölümə sürükləyən “Mariam” şagirdlər arasında sürətlə yayılır – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ölümə sürükləyən “Mariam” şagirdlər arasında sürətlə yayılır – VİDEO

“Mavi balina” kabusundan sonra indi də “Mariam” adlı oyun çıxıb. Bu təhlükəli oyun, qorxunc səs effektləri, ruhlarla bağlı suallarla və gecə üçdə zəng kimi qəribə tapşırıqları ilə diqqət çəkir.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, bəzi ölkələrdə qadağan edilən bu oyun hazırda Azərbaycanda məktəblilər arasında sürətlə yayılır.

“Ətrafımızda bir ruh var, yatağın altına bax, açarı götürüb qapını aç, sonra evdən çıx meşəyə gedək”.

Bu qəribə və tükürpədici tapşırıqlar hər hansısa qorxu filmindən deyil, son zamanlar məktəblilər arasında geniş yayılan “Mariam” adlı oyundandır. Apardığımız araşdırma göstərdi ki, oyun ölkəmizdə məktəblilələr arsında da geniş yayılmaqdadır.

Araşdırmalara görə, Səudiyyə Ərəbistanlı bir gənc tərəfindən hazırlanan "Mariam" oyununun saçdığı təhlükə “Mavi balina” oyunundan da təhlükəlidir.

Oyunda “Mariam” adlı 9 yaşındakı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev adresi və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra “Facebook” və "Whatsapp” bilgilərini paylaşmaq tələb olunur.

Psioxoloqların sözlərinə görə, şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir.

Mütəxəssislər bildirir ki, valideynlər övladlarını həyatı təhdid edən bu tip oyunlardan uzaq tutmalıdır. Qeyd edək ki, sözügedən oyun Türkiyədə 12 yaşlı yeniyetmənin intiharına səbəb olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elekton Təhlükəsilik Xidməti də məsələyə münasibət bildirib.

Qurumdan bildirilib ki, hazırda bu məsələ araşdırılır, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbir görüləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 230 06.06.18 12:15