Bu şəxsi tanıyanlar 102-yə xəbər versin - FOTO
İyun ayının 1-də Bakı-Sumqayit yolunda, Ekologiya postu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Gürcüstan Respublikasının dövlət nömrə nişanı olan "Volsvagen" markalı avtomobil piyadanı vurub. Sürücü vurulan şəxsi xəstəxanaya çatdırsa da iyunun 3-də piyada dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, ölən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə, yaxud DYP- nin 902 qaynar xəttinə, həmçinin şəxsin yaxınlarına məlumat vermələri xahiş edilir.

скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!