Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Arif Rəhimzadə: Azərbaycan dövlətini sovet hökuməti qurub

05.06.2018 16:27 4 374
Arif Rəhimzadə: Azərbaycan dövlətini sovet hökuməti qurub
Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkdi. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?!

Bunu Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.

“Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada “Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.

Son xəbərlər