Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

DİN: "Hacıqabuldakı qəzada 18 nəfər yaralanıb"

02.06.2018 13:33 2 812
DİN:
“Hacıqabul rayonu ərazisində baş verən yol qəzası zamanı hadisə yerinə ilk olaraq Dövlət Yol Polisi əməkdaşları gəlib və sərnişinlərə operativ yardım göstərilib”. 

Median.Az
xəbər verir ki, bu barədə “Trend”ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək təcili tibbi yardım briqadası çağırıb. Polislər hadisə nəticəsində panikaya düşən sərnişinlərə psixoloji yardım göstərib, İlk olaraq polis əməkdaşları xəsarət alan 1 nəfərin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər. Daha sonra ehtiyac olan digər sərnişinləri də digər rayonların tibb müəssisələrinə yola salıblar. Daha sonra yol polisləri ərazyə başqa sərnişin avtobusu dəvət edib, sərnişinlər həmin avtobusla Bakıya yola salıblar. Həmin turist sərnişinlər yol polisinin müşaiyəti ilə Bakıdakı müvafiq ünvanlara çatdırılaraq təhvil verilib".

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tiflisdən Bakıya doğru hərəkət edən turist avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.
Hadisə vaxtı avtobusda 20 şagird və 10 valideyn olub. Hadisə nəticəsində 18 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.

Son xəbərlər