Sosial şəbəkələrdə Kənan Dalğa adlı istifadəçinin paylaşdığı video da ciddi müzakirələrə səbəb olub.
Belə ki, 10 AD 005 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü hər kəs işıqforda gözlədiyi halda qarşı yola çıxaraq sürür və hətta işıqforun qırmızı işığından da keçir. Hadisə 29.05.2018-ci il, saat 18:15-də baş verib.
Median.Az bildirir ki, Avtosfer.az-ın araşdırmasına görə, Yeni Yasamal qəsəbəsi, Şeyx Məhəmməd Xiyabani küçəsində hərəkət edən avtomobil Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin xidməti maşınıdır.
Məleykə Abbaszadənin həmin vaxt avtomobildə olub-olmamsını idda edə bilmərik. Lakin sosial şəbəkələrdə də dəfələrlə xanım Abbaszadənin sürücüsünün avtomobili kobud qayda pozuntuları ilə idarə etməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, bu barədə DYP rəhbərliyinə rəsmi şəkildə müraciət də olunub.
Həmin görüntüləri təqdim edirik: