Ermənilər Sərdar sarayının yerində konyak zavodu ucaltdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ermənilər Sərdar sarayının yerində konyak zavodu ucaltdılar

Yerevanda arxitektor Aleksandr Tamanyanın abidəsi var və nabələd insanlar elə bilir ki, bu arxitektor Ermənistan paytaxtının yarısını qurub.

Bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.

O bildirib ki, əslində, Tamanyan Yerevanda üç bina tikdirib, abidəni isə ona Yerevanın baş planını müəyyənləşdirdiyi üçün qoyublar.

“Bu baş planının “unikallığı” onadan ibarətdir ki, o, tarixi mərkəzlərin saxlanılmasını nəzərdə tutmur. Erməni alimlər də bunu etiraf edir.

Yerevanda arxitekturanın etnik təmizlənməsi Ermənistanın bütün görünüşünün təmizlənməsinə gətirib-çıxardı. O, təkcə Yerevanı deyil, bütün ölkəni bürüdü. Əvvəllər Yerevan böyük orta əsr şəhəri idi. Sonralar isə burada 800 ev dağıdıldı. Bu gün orada cəmi bir məscid qalıb. Sərdar sarayının yerində isə konyak zavodu tikilib”, - Axundov deyib.

F.Axundovun sözlərinə görə, əgər bu saray qalsaydı, hamı müəllifi Aleksandr Qriboyedov olan “Ağıldan bəla” pyesinin ilk dəfə səhnələşdirildiyi yerə baxmağa gələrdi.

Qeyd edək ki, Sərdar sarayı İrəvan xanlığının iqamətgahı olub. Azərbaycan xalqının tarixi sərvətidir.

Sarayın bütün divarları gül-çiçək və naxışlarla örtülüdür. Gül ilə yanaşı, burada tovuz quşları, şirlər və günəş təsvirləri var idi. Döşəmə şirələnmiş kərpicdən hazırlanmışdı. Tavan güzgülərlə örtülmüşdü.

Ədəbiyyat məlumatlarına görə, Sərdar sarayının güzgülü zalının divarları ornamentlər və mövzu-tematik kompozisiyalarla bəzədilmişdi.

Sarayın arxitekturası Şəki Xan sarayının arxitekturası ilə bağlıdır.

1827-ci ildə Aleksandr Qriboyedov sarayın otaqlarından birində öz pyesini səhnələşdirib. 1914-cü ildə ermənilər sarayı dağıdıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 257 31.05.18 13:03