Reper Qurd "Maşın şou"-nun iştirakçılarını ölümlə hədələdi (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:51 Rusiya Xarkovda Mədəniyyət evini bombalayıb: Biri uşaq olmaqla 7 nəfər yaralanıb - VİDEO  |     21:43 Bakıya dolu yağıb - VİDEO  |     21:32 Bayden: “Azərbaycan dünya bazarlarının təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır”  |     21:26 Kanada rusiyalılara qarşı yeni sanksiyalar tətbiq edib  |     21:25 Fransada meymun çiçəyinə ilk yoluxma halı təsdiqlənib  |     21:10 Həyat yoldaşının başını kəsən şəxs: “Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm”  |     21:00 Fransanın xarici işlər naziri təyin olunub  |     20:43 Cozef Bayden İlham Əliyevi təbrik edib  |     20:39 Tom Kruzun Keyt Middltonla görüntüləri böyük müzakirələrə səbəb oldu - FOTO  |     20:29 Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir - VİDEO  |     18:05 Popova: “COVID-19-u artıq mövsümi xəstəliklərə aid etmək olar”  |     17:36 “Meymun çiçəyi”nin "su çiçəyi"ndən fərqi nədir? - TƏBİB-dən açıqlama  |     17:27 Ötən gün COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     17:18 Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - FOTO  |     16:48 ÜST “meymun çiçəyi” epidemiyası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ  |     14:36 “Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ  |     14:22 Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO  |     14:21 Evlərdən iki milyonluq oğurluq edən “alpinistlərə” HÖKM OXUNDU  |     14:19 Azərbaycanda yeni hərbi universitet yaradıldı  |     14:17 Qadın üzərinə benzin töküb yandırdı  |    

Reper Qurd "Maşın şou"-nun iştirakçılarını ölümlə hədələdi (FOTO)
May ayının 29-dan ölkənin ən qalmaqallı və səs-küylü proqramı "Maşın" realiti şousu start götürüb.

Median.az xəbər verdiyi kimi, "M Group Production"-ın ərsəyə gətirdiyi şou "Xanımlar və cənablar - 2" devizi ilə ATV-də ekran həyatına başlayıb. İlk efirdə iştirakçılar təqdim olunub və iddialı çıxışları ilə diqqət çəkiblər.

Məlum olub ki, bu dəfəki yarışda Əməkdar artist Abbas Bağırov, müğənnilər Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, aparıcılar Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova, reperlər Qurd, Uran, aktyorlar Məcid Hüseynov, Cavidan Novruz, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı, vayner Hüseyn Əzizoğlu mübarizə aparacaq.


İştirakçılardan Günel Hümbətova, Pərvin Abıyeva, Azər Axşam, Əli Mirəliyev ikinci, Roza Zərgərli üçüncü, Abbas Bağırov dördüncü, qalan iştirakçılar isə ilk dəfədir ki, yarışmaya qatılır.

Reper Uran isə məhz “Maşın” şou üçün iki ildir yaşadığı Fransadan ölkəmizə təşrif buyurub.


Median.az saytına eksklüziv açıqlama verən reper Qurd bütün iştirakçılardan iddialı olduğunu söyləyərək, bəzilərinə hədə-qorxu gəlməyi unutmayıb.

"Mən illərdir ki "Maşın şou"-ya dəvət olmaqımı gözləyirdim. Və o an yetişdi. Bu şouya yalnız galib olub, avtomobili aparmaq üçün gəlmişəm. Məni səbəbsiz və heçnədən bu şoudan uzaqlaşdıran adamı öldürərəm!",- Qurd qeyd edib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 709 31.05.18 12:01