Leyla Əliyeva sahibsiz itlərə görə 7 şəxsi işdən azad etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Popova: “COVID-19-u artıq mövsümi xəstəliklərə aid etmək olar”  |     17:36 “Meymun çiçəyi”nin "su çiçəyi"ndən fərqi nədir? - TƏBİB-dən açıqlama  |     17:27 Ötən gün COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     17:18 Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - FOTO  |     16:48 ÜST “meymun çiçəyi” epidemiyası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ  |     14:36 “Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ  |     14:22 Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO  |     14:21 Evlərdən iki milyonluq oğurluq edən “alpinistlərə” HÖKM OXUNDU  |     14:19 Azərbaycanda yeni hərbi universitet yaradıldı  |     14:17 Qadın üzərinə benzin töküb yandırdı  |     14:15 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış  |     14:14 “Meymun çiçəyi” Avstraliyaya da çatdı  |     14:11 Azərbaycan nefti yenidən bahalaşıb  |     14:10 Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb  |     14:09 Astarada məktəbdə yanğın olub  |     14:07 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     14:04 Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA  |     13:50 Britaniyalı onu qonaqlığa dəvət etməyən həmkarlarından 93 min dollar təzminat aldı  |     13:41 May ayında Amasya bəyaza büründü - VİDEO  |     13:21 Səhvən hesabına köçürülən 360 min dolları onlayn kazinoda xərclədi  |    

Leyla Əliyeva sahibsiz itlərə görə 7 şəxsi işdən azad etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.

Median.Az
trend-ə istinadən xəbər verir ki, bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb. İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.

Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.

Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 186 30.05.18 17:29