Nadir Qafarzadə fəxri ad almamasına əsəbiləşdi: "Haqsızlıq baş alıb gedir" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Nadir Qafarzadə fəxri ad almamasına əsəbiləşdi: "Haqsızlıq baş alıb gedir" - VİDEO

"Bu gün xəbərlərdə oxudum və gördüm ki, ölkəmizdə haqsızlıq baş alıb gedir. İllərdir sənətdə əziyyət çək, külüng vur. Axırda da sənin mükafatın olmasın, əməyin qiymətləndirilməsin".

Bu barədə Nadir Qafarzadə "İnstagram" səhifəsində bildirib. Müğənni sosial şəbəkədə video paylaşıb. O, videoda fəxri ad almamasına görə gileylənib.

"Hər zaman dövlət tədbirlərində, cəbhə bölgələrində, hərbi hissələrdə, ulu öndərin ildönümlərində, prezident seçkilərində və s. iştirak etmişəm. Xarici ölkələrdə musiqimizi təmsil etmişəm. Lakin sonda sənin mükafatın olmasın. Bilmirəm bu videodan sonra məni gəlib hara aparacaqlar. Hər halda bu da təəccüblü olmayacaq. Yenə də haqsızlıq öz işini görür", - deyə müğənni bildirib.

N.Qafarzadə həmkarlarını uğurlar arzulayıb:

"Bu paxıllıq deyil. Həmkarlarım məni düzgün anlasınlar. Sadəcə olaraq haqqımı tələb edirəm. Demirəm bundan sonra mənə nəsə etsinlər. Lazım deyil. Hər halda sözümü desəm yetər. Öpürəm, hər kəsə uğurlar".//baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 753 28.05.18 16:33