"Qarabağ"ın Çempionlar Liqasında rəqibləri - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Popova: “COVID-19-u artıq mövsümi xəstəliklərə aid etmək olar”  |     17:36 “Meymun çiçəyi”nin "su çiçəyi"ndən fərqi nədir? - TƏBİB-dən açıqlama  |     17:27 Ötən gün COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     17:18 Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - FOTO  |     16:48 ÜST “meymun çiçəyi” epidemiyası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ  |     14:36 “Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ  |     14:22 Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO  |     14:21 Evlərdən iki milyonluq oğurluq edən “alpinistlərə” HÖKM OXUNDU  |     14:19 Azərbaycanda yeni hərbi universitet yaradıldı  |     14:17 Qadın üzərinə benzin töküb yandırdı  |     14:15 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış  |     14:14 “Meymun çiçəyi” Avstraliyaya da çatdı  |     14:11 Azərbaycan nefti yenidən bahalaşıb  |     14:10 Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb  |     14:09 Astarada məktəbdə yanğın olub  |     14:07 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     14:04 Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA  |     13:50 Britaniyalı onu qonaqlığa dəvət etməyən həmkarlarından 93 min dollar təzminat aldı  |     13:41 May ayında Amasya bəyaza büründü - VİDEO  |     13:21 Səhvən hesabına köçürülən 360 min dolları onlayn kazinoda xərclədi  |    

"Qarabağ"ın Çempionlar Liqasında rəqibləri - SİYAHI
"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Median.Az
report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. "Səpələnməmişlər" səbətində isə bu komandalar olacaq:

"Şkendiya" (Makedoniya), "Olimpiya" (Lyublyana, Sloveniya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Vikinqur" (Farer adaları), "Kruzayders" (Şimali İrlandiya), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Suduva" (Litva), "Kork Siti" (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi.

İlkin mərhələdə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək.

UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, "Qarabağ"a "Alaşkert" istisna olmaqla, "səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 550 28.05.18 14:37