Bakının səs-küylü hospitalda baş verənlərin pərdəarxası – Milyonlarla dollar… (Təfərrüat) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakının səs-küylü hospitalda baş verənlərin pərdəarxası – Milyonlarla dollar… (Təfərrüat)

Ötən həftə adı tarixə qovuşan “Grand” hospitalda müəmmalı hadisələr baş verdi.

Tibb müəssisəsinin həkimlərinin kütləvi olaraq işlərindən uzaqlaşdırılması gündəm mövzusuna çevrildi. Bu, sıradan bir dəyişiklik olmadığı üçün müzakirələrə yol açdı. Baş verənlər hospitalın başına Türkiyə vətəndaşının gətirilməsi ilə əlaqələndirildi. Rəhbərlikdəki dəyişikliyin bu qədər səs-küy gətirməsi bəzi suallar doğurdu. Üstəlik, dəyişiklik prosesinin sürətlə həyata keçirilməsi hamıya qaranlıq qaldı. Hospitalın adı belə çox keçmədi ki, “Ege” ilə əvəzləndi.

Minval.info-nun etibarlı mənbədən əldə etdi məlumata görə, əslində bütün olanların başında keçmiş “Grandın” rəhbərliyinin külli miqdarda borcunun olması durub. Belə ki, o, indiki Türkiyə vətəndaşı Yalçın adlı şəxslə şərik olaraq hospitala avadanlıqlar alıb. Bir müddət sonra isə keçmiş rəhbərlik indikinin pulunu qaytarmalı imiş. Alınan mallar dollar məzənnəsi ilə olduğu üçün devalvasiyadan sonra borcu bir neçə dəfə artıb. Söhbət milyonlardan getdiyi üçün məsələ bir az qəlizləşib. Eyni zamanda “Grand” hospitalın rəhbərliyi yeyintilərə yol verməsi ona baha başa gəlib.

Bütün bunların altından çıxa bilməyən keçmiş rəhbərlik tibb müəssisəsini Yalçına bağışlamaq məcburiyyətində qalıb. Həkimlərdən bir neçəsi məsələdən xəbərdar olduqdan sonra öncəki rəhbərlikdən talelərinin nə yerdə qalacağını soruşublar. Onlara bildirilib ki, heç nə dəyişilməyəcək və iş öz axarında davam edəcək.

Lakin vədlər boşuna olub, tam əksi baş verib və xəstəxanada gərgin günlər start götürüb. Belə ki, rəhbərlikdəki dəyişiklikdən sonra həkimlərin əşyaları otaqlarından çıxarılmağa başlayıb. Onların əvəzinə isə türkiyəli mütəxəssislər gətirilib və yeni rəhbərlik öz həmvətənlərilə işləmək istəyib. Ardınca isə mətbuatın yazdığına görə, həkimlər işdən uzaqlaşdırılmağa başlanılıb. Amma “Grand”ın mütəxsəssislərinin sözlərinə görə, onlar öz istəkləri ilə işdən ayrılıblar.

Digər bir iddiaya görə yeni gətirilən türkiyəli həkimlər Səhiyyə Nazirliyindən lisenziya almamış iş başına keçiblər. Artıq bütün olanlar hətta yuxarı dairələrin diqqət mərkəzindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 798 28.05.18 14:07