Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |    

Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsinin icrası çərçivəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Energetika” pansionatından 179 ailə, Xətai rayonu Gəncə prospekti 20A ünvanında yerləşən ”Bakı kondisonerleri” birliyinin yarımçıq binasından 126 ailə, Sumqayıt şəhəri Sarıqaya qəsəbəsi, Şəfəq sanatoriyasından 92 ailə, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi yardım stansiyasının yarımçıq binasından 513 ailə, ümumilikdə 4 obyektdən 910 ailə 3822 nəfər məcburi köçkün yaşayış üçün hər cür zəruri şəraiti olan mənzillərə köçürülüb.

Eyni zamanda Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binadan 27 ailə, 103 nəfər, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanadan 26 ailə 109 nəfər kompensasiya ödənilərək köçürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 000 26.05.18 14:11