Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Cozef Bayden İlham Əliyevi təbrik edib  |     18:05 Popova: “COVID-19-u artıq mövsümi xəstəliklərə aid etmək olar”  |     17:36 “Meymun çiçəyi”nin "su çiçəyi"ndən fərqi nədir? - TƏBİB-dən açıqlama  |     17:27 Ötən gün COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     17:18 Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - FOTO  |     16:48 ÜST “meymun çiçəyi” epidemiyası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ  |     14:36 “Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ  |     14:22 Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO  |     14:21 Evlərdən iki milyonluq oğurluq edən “alpinistlərə” HÖKM OXUNDU  |     14:19 Azərbaycanda yeni hərbi universitet yaradıldı  |     14:17 Qadın üzərinə benzin töküb yandırdı  |     14:15 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış  |     14:14 “Meymun çiçəyi” Avstraliyaya da çatdı  |     14:11 Azərbaycan nefti yenidən bahalaşıb  |     14:10 Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb  |     14:09 Astarada məktəbdə yanğın olub  |     14:07 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     14:04 Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA  |     13:50 Britaniyalı onu qonaqlığa dəvət etməyən həmkarlarından 93 min dollar təzminat aldı  |     13:41 May ayında Amasya bəyaza büründü - VİDEO  |    

Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsinin icrası çərçivəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Energetika” pansionatından 179 ailə, Xətai rayonu Gəncə prospekti 20A ünvanında yerləşən ”Bakı kondisonerleri” birliyinin yarımçıq binasından 126 ailə, Sumqayıt şəhəri Sarıqaya qəsəbəsi, Şəfəq sanatoriyasından 92 ailə, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi yardım stansiyasının yarımçıq binasından 513 ailə, ümumilikdə 4 obyektdən 910 ailə 3822 nəfər məcburi köçkün yaşayış üçün hər cür zəruri şəraiti olan mənzillərə köçürülüb.

Eyni zamanda Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binadan 27 ailə, 103 nəfər, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanadan 26 ailə 109 nəfər kompensasiya ödənilərək köçürülüb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 078 26.05.18 14:11