Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır - Yenə təxribat, yenə qanunsuzluq – FOTOFAKT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Bir cinayətin TƏFƏRRÜATI  |     23:55 Ərdoğan Brüssel görüşündə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib  |     23:40 Boris Consonun gizli görüntüləri yayıldı - FOTO  |     23:31 İki avtomobil toqquşdu: Dörd nəfər YARALANDI  |     23:25 Jirinovskinin oğlu adını dəyişərək İspaniyaya köçməyə hazırlaşır - FOTO  |     23:17 Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxs kimin oğludur? – VİDEO  |     23:10 Rusiya və Ermənistanın XİN başçıları İrəvan-Bakı münasibətlərini müzakirə ediblər  |     23:03 Ərdoğan: “Belə sülh olmur, siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız”  |     22:56 Fermerlərin çəltik əkini problemi: Onların hansı çatışmazlıqları var? – VİDEO  |     22:49 AZAL-ın Naxçıvana uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıdıb  |     22:44 Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir  |     22:41 ABŞ mətbuatında Azərbaycandan BƏHS EDİLDİ  |     22:34 Ərdoğan: “Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur”  |     22:27 Millimizin futbolçusu İngiltərə klubuna geri döndü - FOTO  |     22:20 “MTN işi”ndə şahid: “Mövlam Şıxəliyev bizdən 135 min dollar aldı”  |     22:13 Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: “Arvadının hesabına yaşayırsan...” - CİNAYƏT İŞİ  |     22:05 Şamaxı sakinləri üçün təhlükə yaranıb - VİDEO  |     22:03 Azərbaycan və Qazaxıstan turizm əlaqələrini müzakirə edib  |     21:55 Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb  |     21:49 "Borussiya" klubu texniki direktorunu baş məşqçi təyin edib  |    

Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır - Yenə təxribat, yenə qanunsuzluq – FOTOFAKT
Dünyaca məşhur şirkət Azərbaycana qarşı çirkin təxribatlarından əl çəkmir və bizi ələ salır.

Median.Az "milli.az"a istinadən xəbər verir ki, Hollandiyada qeydiyyatdan keçmiş "booking.com" şirkəti Azərbaycana qarşı çirkin təxribatlar həyata keçirməkdə davam edir.

Xatırladaq ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən booking.com 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, daha dəqiq desək, Dağlıq Qarabağdakı Xankəndi şəhərini Ermənistan şəhəri kimi qeyd etmiş və göstərilmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.



Daha sonra booking.com-un bu təxribatına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. Ardıcıl şikayətlərdən bir neçə ay sonra booking.com 2017-ci ilin ortalarında Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırmışdı.

Üstündən qısa müddət sonra booking.com yenə də analoji qanunsuzluğa başlamış və yenə də Azərbaycan tərəfdən sərt təpkilərlə qarşılaşmışdı. Yenə də məsələyə XİN səviyyəsində reaksiya verilmiş, yenə də booking.com qələtini düzəltmişdi.

Amma təəssüflər olsun ki, booking.com Azərbaycanı ələ salmaqda davam edir. Çünki bu şirkət yenə də qanunsuzluğunu bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana və ev sifarişlərini həyata keçirməyə başlayıb.

Düzdür, hal-hazırda göstərilən şəhərlər üzrə artıq saytda sifariş vermək mümkün deyil. Lakin az öncə sayt belə bir xidmət təklif edirdi. Edilən "screenshot"lardan da görünür ki, saytda yenə də Ermənistan tərəfindən işğal olunmuş Xankəndi və Şuşa şəhərlərində mehmanxana və qonaq evləri üzrə sifarişlər qəbul olunur.



Bundan əvvəl də rəsmi şəkildə bəyan edildiyi kimi, "booking.com" şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.



Bundan əlavə, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana rezervasiyası və "booking.com"un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması deməkdir.

Xatırladaq ki, booking.com saytı müştərilərə 200-dən çox ölkədə yarım milyondan çox mehmanxana və mehmanxana tipli obyekt təqdim edir və hər gün bu sayt vasitəsilə yüzminlərlə otaq rezervasiya edilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 551 25.05.18 14:06