Deputat: Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |    

Deputat: Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin qəbulu ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik nəzərdə tutulur.

Bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında komitə sədri Əli Hüseynli deyib.

O qeyd edib ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox mühüm sənəd olduğu üçün o, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

Millət vəkili Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb.

O bildirib ki, MM-in səlahiyyətləri başqa bir quruma verilə bilməz:

“Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 151 25.05.18 13:17