Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI - Ata 8 yaşlı oğlunun gözü qarşısında arvadını öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI - Ata 8 yaşlı oğlunun gözü qarşısında arvadını öldürdü

Dünən Xətai rayonunda kürəkəni tərəfindən qətlə yetirilən ana və qızının meyitləri bu gün morqdan ailələrinə təhvil verilib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, hazırda öldürülən Mahirə İsgəndərova və Günay İsgəndərovanın meyitləri dəfn olunmaq üçün ata evindən götürülür. Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ramin İsgəndərov Ağdama-öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Məlum olub ki, sözügedən həyət evini Günay İsgəndərovun atası Hüseyn İsgəndərov tikib. Ailənin maddi problemlərinin həlli üçün onlara hədiyyə edib. Dünən qız və anası həmin evin yanındakı qaraja gedərək yundan yorğan salmaq istəyiblər. Bunu bilən Ramin İsmayılov da həmin yerə gəlib və orada münaqişə zəminində qətl baş verib. Qeyd edilir ki, Ramin ayrılıqdan sonra məhz həmin qarajda yaşayırmış.

G. İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var, hadisə onun gözləri qarşısında olub, bu barədə polisə də məhz uşaq xəbər verib.

Bir il ayrı qalandan sonra barışan cütlük, təzəlikcə yenidən ayrılıbmışlar. M. İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən N. İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

Bildirilir ki, Günayın bir qardaşı Qarabağda şəhid olub.

Günay İsgəndərovun atası H. İsgəndərov öncə Mahirə İsgəndərovanın bacısı ilə evli olub, bu evlilikdən bir qızı və bir oğlu olub. Daha sonra həmin qadın vəfat edib və H. İsgəndərov onun bacısı Mahirə ilə evlənib. Bu evlilikdən də Günay dünyaya gəlibmiş.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 103 22.05.18 17:32