Bakı metrosunun bəzi stansiyalarının adları dəyişdirilə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakı metrosunun bəzi stansiyalarının adları dəyişdirilə bilər

Adları sovet dövründən qalan "İnşaatçılar", "Ulduz", "Xalqlar dostluğu" metrostansiyalarının adları dəyişdirilə bilər.

Eyni zamanda, bir neçə gündür ki, ictimaiyyətin müzakirə predmetinə çevrilən mövzulardan biri də sovet dövründən qalma metrostansiyalara Cümhuriyyət qurucularının adlarının verilməsindən ibarətdir.

Belə ki, ölkə ictimaiyyətində metronun "İnşaatçılar", "Ulduz", "Xalqlar dostluğu"nun adlarının dəyişdirilməsi müzakirə olunur.

Median.Az xəbər verir ki, millət vəkili Aqil Abbas "İnterpress.az"a açıqlamasında metronun "Ulduz” stansiyasinin adının dəyişdirilə biləcəyini ehtimal edib. Deputat metro stansiyalarının birinə "Cümhuriyyət” adının verilməsini təklif edib:

"Mən rəsmi olmayan məlumatlar barədə fikir bildirmək istəmirəm. Zaman-zaman metro stansiyalarının adları dəyişib. Misal üçün, əvvəllər "Məşədi Əzizbəyov” stansiyanın adı dəyişdirilib "Koroğlu” oldu. Bununla yanaşı, "İçərişəhər” stansiyası da adı dəyişilən stansiyalar arasındadır. Ola bilər bundan sonra da dəyişdirilsin. Gələcəkdə belə bir şeylər ola bilər. "Ulduz” stansiyasının adı dəyişdirilə bilər. Amma "Xalqlar dostluğu”nun adı niyə dəyişdirilsin ki? Axı, biz xalqların dostuyuq, biz dostluğu sevənik axı. Belə şeylər ola bilər. Amma necə ola bilər, o, artıq mənlik deyil. Mənim sözümlə metro adını dəyişdirəcəklər? Mənim sözümlə metro adını dəyişmirlər axı, yoxsa mən deyərdim ki, metro stansiyalarının birinin adına "Cümhuriyyət” qoyulsun. Amma bunu dövlət qurumları müəyyənləşdirir. Hesab edirəm ki, bununla bağlı nəsə tədbir görə bilərlər. Amma mənim sözümlə deyil”.

Qeyd edək ki, əvvəllər adı "11-ci Qızıl Ordu Meydanı” olan stansiyanın adı dəyişdirilib "20 Yanvar", "Şaumyan” stansiyasının adı isə "Xətai stansiyası olub. İndiki "28 May” stansiyası Bakı Metrosunun ilk fəaliyyətə başladığı ildə "28 Aprel” adlanıb.

Növbəti belə stansiyalardan biri də indiki "Qarar Qarayev”dir. 1972-ci ildən fəaliyyətə başlayan stansiyanın ilk vaxtlar adı "Avrora" stansiyası olub. 27 aprel 1992-ci ildən isə stansiyanın adı indiki adla əvəzlənib. "Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad "Bakmil" adı ilə əvəzlənib. "26 Bakı Komissarı" stansiyasının adı 9 aprel 1992-ci ildə "Sahil”ə dəyişdirilib.

"Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci il tarixində "İçәrişәhәr" adı ilə əvəzlənib. Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 555 22.05.18 17:29