M.Mənsimov rüşvətxor məmurlara qarşı savaş başlatdı - Ona qara yaxanlar cəzalanacaqlar - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

M.Mənsimov rüşvətxor məmurlara qarşı savaş başlatdı - Ona qara yaxanlar cəzalanacaqlar - FOTOLAR

Mübariz Mənsimov rüşvətxor məmurlara və onların media resurslarına qarşı savaşa başladığını elan edib.

Bu barədə tanınmış iş adamı İnstagram-dakı hesabında paylaşım edib. Viktor Hüqonun sözləri ilə başlayan statusda yazılıb: “Rüşvətlə evində xanımına, qızına paltar alan məmur evində fahişə saxlayır. Çünki o pullarda bir çox kişinin əməyi vardır!”

Bu fikrin ardınca M.Mənsimov ünvanlı auditoriyaya xitabən statusu öz sözləri ilə yekunlaşdırıb: “Həqiqi kişi görmək istəyirsinizmi, haydı meydan, mən buradayam, savaş başladı”.

Göründüyü kimi, son günlər Mübariz Mənsimov personası ətrafında səngimək bilməyən qara-yaxma kampaniyası bitmədiyi üçün biznesmen öz haqq səsini ucaltmaq qərarına gəlib. Belə ki, müxtəlif dairələrin təsiri və ya himayəsi altında çalışan bəzi media qurumları ciddi cəhdlə həmyerlimizin fəaliyyətinə kölgə salmağa çalışırlar. Onun işgüzar nüfuzuna xələl gətirməyə can atırlar. Çox zaman bu hallar tutarlı faktlar olmadan həyata keçirilir və ya məlumatlar qarşı tərəfin mövqeyi nəzərə alınmadan nəşr olunur. Təəssüf ki, bu cür populist çıxışlar, hətta ciddi saydığımız mətbu orqanlarda da yer almaqdadır.

Nəticədə, Kütləvi İnformasiya Vasitələri haqda Qanunun, Mülki Məcəllənin və digər qanunvericilik aktlarının əksər müddəaları kobud şəkildə pozulur. Bu isə yolverilməzdir. Ən azı ona görə ki, çoxlarından fərqli olaraq, M.Mənsimov Azərbaycanı layiqincə təmsil edir.

Mübariz Mənsimov birinci statusunun məntiqi davamı olaraq başqa bir statusunda yazır: “Dəyərli həmyerlilərim azərbaycanlılar, həyatda hər şey ola bilər, tək yeri olmayan yalandır, başqasının haqqını yeməkdir. Allahıma çox şükür, mənə bu namussuzluğu qismət etmədi, etməz də, inşAllah. Bəylər və xanımlar, narahat olmayın. Mübariz heç bir zaman sizin kimi öz millətinə haqsızlıq etməz. Önəmli deyil haradan gəldim, önəmli deyil harada olacağam. Önəmli odur ki, mən azərbaycanlıyam”.

Milli mənsubiyyəti ilə qürur duymağı bacaran həmyerlimiz sonuncu statusunu Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasından ilham alaraq tamamlayıb: “Azərbaycanlı olmaq bir qürurdur. Allahım onu mənə qismət etdi. Mən haradan çıxdığımı, kim olduğumu çox yaxşı bilirəm. İçiniz rahat olsun, heç birinizdən qorxmuram”.//mediapress.az




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 016 14.05.18 12:10