Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ağacları kəsib, günahı dovşanların üzərinə atdı - Bakıda - VİDEO

11.05.2018 12:57 3 553
Ağacları kəsib, günahı dovşanların üzərinə atdı - Bakıda - VİDEO
Bakıda 27 ağac bir gündə kəsilərək yararsız hala salınıb.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib. Köhnə zavodlardan birinin həyətində məskunlaşan məcburi köçkün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib ki, onlarla bir həyətdə qalan şəxs xeyli sayda ağacları kəsib.
Dərhal Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları əraziyə gələrək baxış keçiriblər. Müəyyən olub ki, Ağdamdan olan məcburi köçkün Elbrus İsmayılov 27 ədəd müxtəlif cinsli ağacları kəsib. Ərazidə çəkiliş apardığımız zaman Elburus İsmayılov da gəldi. O, əvvəlcə çəkiliş aparmağımıza mane olmaq istədi. Buna rəğmən Elbrus İsmayılovdan sağlam ağacları niyə kəsməsinin səbəbini soruşduq.

Elbrus İsmayılov ağacları kəsdikdən sonra izi itirmək məqsədi ilə yerdə qalan kötük hissəsinə qır töküb. O, daha sonra ağacları kəsmədiyini, nə qədər gülməli səslənsə də, onların həyətdə olan dovşanlar tarəfindən bu vəziyyətə salındığını dedi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirdi ki, Elbrus İsmayılov ağacları qanunsuz olaraq kəsib. O ki qaldı onun ağacı "özüm almışam istədiyim vaxt kəsə bilərəm" deməsinə, İradə İbrahimova deyib ki, belə bir qayda yoxdur.

Elə buna görə də Elbrus İsmayılov Nazirliyin əməkdaşları tərəfindən 12 min 450 manat məbləğində cərimə edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Son xəbərlər